Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, yol infrastrukturunun yenilənməsi, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Bu çərçivədə M2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün sökülərək yenidən tikintisinə başlanılıb.
Bu, Qobustan qəsəbəsi ərazisində yenilənən sayca 4-cü, ümumilikdə isə son aylarda Qaradağ rayonunda yenidən tikintisinə başlanılan 6-cı körpüdür.
Mövcud körpünün istismar müddətini başa vurması və texniki vəziyyəti nəzərə alınaraq onun yerində müasir tələblərə cavab verən yeni körpünün inşası nəzərdə tutulur.