“Real Madrid”in qapıçısı Tibo Kurtua klubla yeni müqavilə imzalayıb. Tanınmış insayder Fabrisio Romano yeni razılaşmanın 2028-ci ilin iyununa qədər nəzərdə tutulduğunu bildirib.
34 yaşlı belçikalı qapıçı 2018-ci ildən “Real Madrid”də çıxış edir. O, bu müddətdə klubun heyətində 347 oyun keçirib və 14 titul qazanıb.
Kurtuanın qazandığı titullar arasında Çempionlar Liqasının iki qalibiyyəti də var. Qapıçı 2022-ci ildə ilin ən yaxşı qapıçısına təqdim olunan Yaşin mükafatına sahib çıxıb.