“Real Madrid” qapıçı Tibo Kurtua ilə yeni müqavilə barədə prinsipial razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Romano bildirir ki, Madrid təmsilçisi Kurtuanı komandanın əsas oyunçularından biri hesab edir. Tərəflər arasında şifahi razılıq əldə olunub və yeni sözləşmənin yaxın zamanda imzalanacağı gözlənilir.
34 yaşlı qapıçının hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Mənbənin məlumatına görə, belçikalı futbolçu “Real Madrid”in qapısını 2027/28 mövsümündə də qorumağa davam edəcək.
Kurtua 2018-ci ildən Madrid klubunda çıxış edir. O, “Real Madrid”in heyətində ümumilikdə 342 matça çıxıb, bu oyunlarda 334 qol buraxıb. Qapıçı 131 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.