Madrid “Real”ının qapıçısı Tibo Kurтуа 2022-ci ildə Çempionlar Liqasının finalı ərəfəsində səsləndirdiyi və “Atletiko” azarkeşlərinin narazılığına səbəb olan fikirlərinə aydınlıq gətirib.
Belçikalı qolkiper həmin vaxt “Real”ın Çempionlar Liqasının finalında oynayanda qalib gəldiyini və artıq qaliblərin tərəfində olduğunu demişdi. Kurтуа 2011-2014-cü illərdə formasını geyindiyi “Atletiko”nun azarkeşlərinin bu sözlərdən narazı qaldığını nəzərə alaraq, fikirlərinin ünvanını açıqlayıb.
“Sözlərimi dəyişməzdim, çünki onlar “Atletiko”ya yox, “Liverpul”a aid idi. “Atletiko”ya həmişə böyük hörmətlə yanaşmışam. Orada keçirdiyim vaxt İspaniyanı sevməyimə səbəb oldu və mənə iki övlad bəxş etdi. Heç vaxt klub haqqında pis söz deməzdim”, – Kurтуа Onda Seroya bildirib.
Qapıçı “Atletiko”dan ayrılmasının səbəbinin “Çelsi”dən icarə əsasında çıxış etməsi olduğunu deyib. O, Madrid klubunda keçirdiyi dövrlə fəxr etdiyini və həmin mərhələnin onu indiki qapıçıya çevirdiyini vurğulayıb.