“Real” Rodriqonun gələcəyi ilə bağlı qərar verib. Apuestas Online-ın məlumatına görə, Madrid klubu yanvar transfer pəncərəsində braziliyalı hücumçunun icarəyə götürülməsi ilə bağlı təklifləri nəzərdən keçirməyəcək.
Bildirilir ki, klub artıq futbolçunun nümayəndələrinə bu barədə məlumat verib. Rodriqo ciddi zədə səbəbindən 2026-cı il dünya çempionatında iştirak edə bilməyib.
Hazırda 25 yaşlı futbolçu bərpa prosesinin son mərhələsindədir. Onun zədədən sonra tam hazır vəziyyətə qayıtması gözlənilir.
Baş məşqçi Joze Mourinyonun rəhbərlik etdiyi məşqçilər korpusu Rodriqonun mövsümün ikinci yarısında komandaya kömək etməsini planlaşdırır. Klubun mövqeyinə görə, hücumçu həmin mərhələyə tam hazır olmalıdır.