Əsas məzmuna keç

Doğum günündə qəzada ölən aparıcının ürəkdağlayan SON PAYLAŞIMI

Doğum günündə qəzada ölən aparıcının ürəkdağlayan SON PAYLAŞIMI

Dünən doğum gününü qeyd edən və gecə evinə qayıdarkən qəzada həyatını itirən aparıcı Ada Süleymanın son paylaşımı diqqət çəkib. O, ad günü ilə bağlı...

en ru

Dünən gününü qeyd edən və gecə evinə qayıdarkən qəzada həyatını itirən aparıcı Ada Süleymanın son paylaşımı diqqət çəkib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, ad günü ilə bağlı “” səhifəsində paylaşdığı videoya bu sözləri yazıb:

“Əzizlərim, bu, bir doğum günü deyil… Bu, bir hesabatdır. Qısa bir zaman kəsiyində qət etdiyim yolun, dəyişən düşüncələrimin, böyüyən ruhumun, toxunduğum qəlblərin hesabatı…

Bu, dünənki mənlə bugünkü mən arasındakı məsafənin hekayəsidir. Amma bu, hələ yolun başlanğıcıdır. Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var. Gözünüzün önündə böyüyür, dəyişir və öz hekayəmi yazıram.”

Qeyd edək ki, Ada Süleyman ARB TV-də çalışıb. O, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…