Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş təsdiq edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.
Qeyd edək ki, sənəd 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmışdı.