Əsas məzmuna keç

Azərbaycan və Slovakiya məxfi məlumat mübadiləsi sazişini təsdiqlədi

Azərbaycan və Slovakiya məxfi məlumat mübadiləsi sazişini təsdiqlədi

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni sənəd rəsmi Bakı ilə Bratislava arasında təhlükəsizlik və kəşfiyyat sahəsində əməkdaşlığı hansı səviyyəyə qaldıracaq?

en ru

və Slovakiya hökuməti arasında məlumatın mübadiləsi haqqında sazişi təsdiq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sazişin təsdiqi haqqında qanun layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, saziş 2026-cı il iyulun 8-də şəhərində imzalanıb.

Sənədin məqsədi tərəflər arasında və ya onların yurisdiksiyasına tabe olan müqavilə icraçıları arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatın mühafizəsini təmin etməkdir.

Sazişdə məxfilik dərəcələri tərəflərin milli qanunvericiliyinə uyğun olaraq, Azərbaycan üçün "xüsusi əhəmiyyətli", "tam məxfi" və "məxfi" kimi müəyyən edilib.

Vurğulanıb ki, məxfi məlumata buraxılış yalnız xidməti zərurət əsasında, məxfi məlumatın mühafizəsi üçün öz məsuliyyətləri barədə təlimatlandırılan və qəbul edən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq, məlumatın açıqlanmaması barədə müqaviləni imzalamış şəxslərə verilir.

Məxfi məlumat qəbul edən tərəfə göndərən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq və ya səlahiyyətli təhlükəsizlik orqanları arasında yazılı şəkildə razılaşdırılmış başqa qaydada ötürülür. Məxfi məlumatın elektron üsulla ötürülməsi yalnız səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən təsdiq edilmiş prosedurlara uyğun olaraq kriptoqrafik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər. Qəbul edən tərəf məxfi məlumatın qəbul edilməsini yazılı şəkildə təsdiq edir.

Bildirilib ki, səlahiyyətli təhlükəsizlik orqanları sorğu əsasında məxfi məlumatın mühafizəsi üzrə öz dövlətlərinin milli qanunvericiliklərində, siyasətlərində və təcrübələrində dəyişikliklər barədə bir-birini məlumatlandırırlar.

Sazişin təfsiri, tətbiqi və ya yerinə yetirilməsindən yaranan hər hansı mübahisə tərəflər arasında yalnız məsləhətləşmələr və ya danışıqlar yolu ilə həll edilir və həll üçün heç bir milli və ya beynəlxalq məhkəməyə və ya 3-cü tərəfə müraciət edilmir.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…