Əsas məzmuna keç

Həbsdən çıxan Səlim Müslümovun yeni işi BƏLLİ OLUB

Həbsdən çıxan Səlim Müslümovun yeni işi BƏLLİ OLUB

S.Müslümov bundan əvvəl, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.Qeyd edək ki, Səlim Müslümov 2013–2018-ci...

en ru

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “TodayPress TV”-yə istinadla xəbər verir ki, S.Müslümov bundan əvvəl, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, 2002–2013-cü illərdə isə Dövlət Fondunun (DSMF) sədri vəzifələrində çalışıb.

İqtisad elmləri doktoru olan keçmiş nazir 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma ittihamları ilə həbs olunub.

İstintaq müddətində dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhətindəki problemlər nəzərə alınaraq S.Müslümov barəsində seçilmiş həbs qətimkan tədbiri ev həbsi ilə əvəzlənib.

Daha sonra Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…