Bakıda cüdo üzrə dünya çempionatının fərdi yarışları başa çatıb. Azərbaycan millisi medal sıralamasında üçüncü yeri tutub.
Azərbaycan cüdoçuları yarışlarda ümumilikdə yeddi medal qazanıblar: onların hesabında bir qızıl, iki gümüş və dörd bürünc medal var.
Medal sıralamasında Yaponiya birinci olub. Yaponiya təmsilçiləri yeddi qızıl, iki gümüş və üç bürünc medal əldə ediblər. Gürcüstan isə iki qızıl, bir gümüş və bir bürünc medalla ikinci pillədə qərarlaşıb.
İlk beşliyi İspaniya və Birləşmiş Ərəb Əmirlikləri tamamlayıb. İspaniya komandası bir qızıl, iki gümüş və bir bürünc medal qazanıb. Birləşmiş Ərəb Əmirliklərinin cüdoçuları isə bir qızıl və bir gümüş medalla yarışı başa vurublar.