Olimpiya mükafatçısı Rüstəm Orucov Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında Azərbaycan millisindən iki qızıl medal gözlədiyini deyib.
Orucov püşkatmanın nəticələrini qənaətbəxş qiymətləndirib və bütün çəki dərəcələrində medal qazanmaq imkanının olduğunu bildirib.
Cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Yarışda 95-dən çox ölkədən 640-a yaxın cüdoçu çempionluq uğrunda mübarizə aparacaq.