“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 6-cı turunda doğma meydanda “Tottenhem”lə qarşılaşıb. Oktyabrın 10-da “Old Trafford”da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Mançester təmsilçisi hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Komanda rəqibin bir futbolçusu meydandan qovulduqdan sonra say üstünlüyü ilə oynadığı vaxtda da qapısında qol görüb.
BBC-nin məlumatına görə, “Mançester Yunayted” sonuncu dəfə 1986-87 mövsümündə çempionatın ilk altı oyunundan sonra altı və ya daha az xal toplamışdı. Həmin vaxt Ron Atkinsonun rəhbərlik etdiyi komandanın hesabında cəmi dörd xal var idi.
Atkinson həmin mövsüm ərzində vəzifəsindən ayrılıb, komandanın başına Aleks Ferqyuson keçib. 1992-ci ildən hesablanan Premyer Liqa tarixində isə “Mançester Yunayted” ilk altı turdan sonra indiyədək belə zəif nəticə göstərməmişdi.