Əsas məzmuna keç

Aİ “İqtisadi təcrid” əməliyyatına rəsmi olaraq qoşuldu

Aİ “İqtisadi təcrid” əməliyyatına rəsmi olaraq qoşuldu

ABŞ maliyyə naziri Skott Bessent İranın nüvə proqramı və terrorçu qüvvələrin maliyyə mənbələrini kəsmək üçün Vaşinqtonun sərt sanksiya qərarını açıqladı.

en ru

Avropa İttifaqı ABŞ-nin rəhbərliyi ilə İrana qarşı həyata keçirilən “İqtisadi ” (“Economic Outcast”) əməliyyatına rəsmi olaraq qoşulub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Avropa İttifaqı rəsmi olaraq “İqtisadi təcrid” əməliyyatına qoşulub və biz onun qətiyyətli və vaxtında nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndiririk”, - maliyyə naziri bildirib.

O qeyd edib ki, Vaşinqton müttəfiqləri ilə birlikdə İran rejiminin ambisiyalarını, silah proqramlarını və terrorçu proksi qüvvələrini maliyyələşdirmək üçün qlobal maliyyə sistemindən istifadə etməsinə imkan verməyəcək.

“Dünya İran rejiminə aydın mesaj göndərir: bütün mövcud maliyyə damarlarını kəsməyənədək dayanmayacağıq”, - Bessent vurğulayıb.

Bundan əvvəl Aİ ABŞ, “Böyük yeddilik” ölkələri və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyini açıqlamışdı.

Məqsəd İrana qarşı təzyiqi davam etdirmək, gərginliyin azaldılmasına və regionda sabitliyin təmin olunmasına töhfə verməkdir.

ABŞ avqustun 24-də İrana qarşı “İqtisadi təcrid” əməliyyatına başlayıb. Skott Bessent bildirib ki, iqtisadi təzyiq kampaniyası çərçivəsində Vaşinqton İranın bütün maliyyələşmə mənbələrini bloklayacaq.

ABŞ, həmçinin İrana yardım göstərəcək istənilən ölkəyə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…