Əsas məzmuna keç

ABŞ onlara ən sərt sanksiyaları tətbiq edəcək

ABŞ onlara ən sərt sanksiyaları tətbiq edəcək

ABŞ maliyyə naziri Skott Bessent Tehrana qarşı blokada planını açıqladı. Neft ticarəti və pul köçürmələri edən ölkələri hansı iqtisadi təhlükə gözləyir?

en ru

"Vaşinqton İrana qarşı tarixdəki ən sərt sanksiyaları tətbiq edəcək".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri maliyyə naziri deyib

Onun sözlərinə görə, əsas diqqət Tehrana qarşı iqtisadi tədbirlərə yönəldiləcək və bu, İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtiyacını azalda bilər.

ABŞ maliyyə naziri bildirib ki, avqustun 24-də keçirəcəyi mətbuat konfransında Vaşinqtonun İrana qarşı konkret olaraq hansı addımları atacağını açıqlayacaq.

“Bu, ikiqat zərbədir. Bizdə blokada var və tarixdəki ən sərt sanksiyalarımız olacaq”, - Bessent bildirib.

Bessent xəbərdarlıq edib ki, İranla əməkdaşlığı davam etdirən, Tehrana pul köçürən və ya İrandan alan istənilən ölkəyə qarşı ABŞ Maliyyə Nazirliyi və hökuməti öz bütün güc və imkanlarından istifadə edəcək.

O, ABŞ-nin müttəfiqlərini İran iqtisadiyyatının çökdürülməsi istiqamətində Vaşinqtonun səylərinə qoşulmağa çağırıb.

“Biz bu rejimi devirəcəyik. Müttəfiqlərimizin və bütün dünyanın qərar verməsinin vaxtıdır. Ya bizimləsiniz, ya da bizə qarşısınız”, - Bessent əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…