Əsas məzmuna keç

ABŞ-da 40 mindən çox daxili təhlükəsizlik əməkdaşının məlumatı sızıb

ABŞ-da 40 mindən çox daxili təhlükəsizlik əməkdaşının məlumatı sızıb

Sızdırılan məlumatlarda ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin müxtəlif qurumlarında çalışanların adları, telefon nömrələri və e-poçt ünvanları yer alıb. Məlumatların bir hissəsi gizli əməliyyatlarla bağlı təfərrüatları da üzə çıxarıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ-nin daxili təhlükəsizlik qurumlarının 40 mindən çox əməkdaşına aid məfxi və şəxsi məlumatların kütləvi şəkildə sızdırıldığı bildirilir. Şəffaflıq sahəsində çalışan “Distributed Denial of Secrets” qeyri-kommersiya təşkilatı tərəfindən yayımlanan sənədlərdə əməliyyat adları, müşahidə proqramları və məxfi təşəbbüslərlə bağlı təfərrüatlar yer alır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sızdırılan fayllarda Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) İmmiqrasiya və Gömrük Mühafizəsi, Gömrük və Sərhəd Mühafizəsi, Daxili Təhlükəsizlik Araşdırmaları, eləcə də Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) əməkdaşlarının adları, telefon nömrələri və e-poçt ünvanları açıqlanıb.

Sızıntıda adı keçən əməkdaşların 21 mindən çoxu Gömrük və Sərhəd Mühafizəsində, təxminən 6 600 nəfəri isə İmmiqrasiya və Gömrük Mühafizəsində çalışır. Məlumatlara agentlərin xüsusi əməliyyatlara, rəqəmsal kriminalistikaya və gizli tapşırıqlara təyin olunduğunu göstərən vəzifə adları və daxili e-poçt qrupları daxildir.

Hadisə DHS-in sosial şəbəkələrdəki tənqidçiləri, etirazçıları və jurnalistləri izləməyə çalışdığı, eyni zamanda öz agentlərinin anonimliyini qorumaq üçün kimliklərini gizlətmək hüququnu müdafiə etdiyi bir dövrə təsadüf edib.

“Distributed Denial of Secrets” təşkilatı sızıntının özünü “Department of Peace” adlandıran haker qrupu tərəfindən əldə edildiyini bildirir. Qrup məlumatları DHS-in istifadə etdiyi “Okta” giriş xidmətindən ələ keçirdiyini iddia etsə də, “Okta” sistemlərində hər hansı təhlükəsizlik pozuntusunun olmadığını bəyan edib.

Qeyd edək ki, bu, ABŞ hökumət qurumlarında son bir ayda baş verən üçüncü böyük kiberinsidentdir. Sentyabrda “ShinyHunters” qrupu FTB-dən (FBI) minlərlə əməkdaşın məlumatlarını oğurladığını iddia etmişdi, keçən həftə isə Müdafiə Nazirliyindən milyonlarla hərbçinin məlumatlarının sızması ilə bağlı kollektiv iddia qaldırılmışdı.

Məlumatların bir hissəsinin həqiqiliyi "Reuters" agentliyi tərəfindən daxili qeydlər və əməkdaşlarla birbaşa əlaqə saxlanılaraq təsdiqlənib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…