Əsas məzmuna keç
Seyfulla Səttar oğlu Əzimov

Seyfulla Səttar oğlu Əzimov

Daxili işlər nazirinin birinci müavini

Mənbə: mia.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Daşarx kəndində anadan olub. 1988–1990-cı illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1996-cı ildən daxili işlər orqanlarında xidmət edir. Daxili İşlər Nazirliyinin ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəis müavini, Xəzər rayon Polis İdarəsinin 2-ci və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölmələrinin rəisi, Nərimanov rayon Polis İdarəsinin rəis müavini, Quba rayon Polis Şöbəsinin və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 iyul tarixli 1316 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 2015-ci ildə polis general-mayoru, 2020-ci ildə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.