Oqtay Əsgər oğlu Kərimov
Daxili işlər nazirinin müavini
Tərcümeyi-hal
1967-ci il iyunun 6-da Bakı şəhərində anadan olub.
1988–1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində bölük komandirinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyindəki nizami polis hissəsində bölük komandirinin müavini və bölük komandiri olub. 1992–2015-ci illərdə Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor, baş inspektor, şöbə rəisi və Baş idarə rəisinin müavini, 2015–2016-cı illərdə DİN-in Daxili Qoşunlarında Qərargah rəisinin birinci müavini, 2016–2022-ci illərdə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 dekabr tarixli Sərəncamı ilə daxili işlər nazirinin müavini vəzifəsinə təyin olunub. 2017-ci ildə polis general-mayoru, 2023-cü ildə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.
Təhsil
1988-ci ildə Simferopol Ali Hərbi Siyasi İnşaat Məktəbini, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.