Əsas məzmuna keç
İsmət Rəşid oğlu Əliyev

İsmət Rəşid oğlu Əliyev

Daxili işlər nazirinin müavini

Mənbə: mia.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1959-cu ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olub.

1981-ci ildən daxili işlər orqanlarında xidmət edir. 1981–2009-cu illərdə Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin Təşkilati-analitik bölməsində dövlət avtomobil müfəttişi, baş dövlət avtomobil müfəttişi və bölmə rəisi, Təbliğat və təşviqat şöbəsinin rəis müavini, idarə rəisinin müavini, Dövlət yol polisi əməkdaşlarının hazırlanması üzrə Tədris Mərkəzinin rəisi, Dövlət Yol Polisi İdarəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifələrində işləyib. 2009-cu ildən DİN-in Baş Kadrlar İdarəsinin rəisi olub.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin müavini təyin olunub. 2010-cu ildə polis general-mayoru, 2015-ci ildə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.