Fazil Balahəsən oğlu Quliyev
Daxili işlər nazirinin müavini — Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi
Tərcümeyi-hal
1957-ci ildə Bakı şəhərində anadan olub. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. 1983–1989-cu illərdə Nərimanov rayon Daxili İşlər Şöbəsində və Bakı şəhər Daxili İşlər İdarəsinin Qərargahında inspektor, 1990–1999-cu illərdə Bakı şəhər Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi və Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini vəzifələrində işləyib.
1999-cu ildə Təşkilati-İnspektor İdarəsinin, 2001-ci ildə Baş Təşkilati-İnspektor İdarəsinin rəisi olub. 2013-cü ildə daxili işlər nazirinin müavini — Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə polis general-mayoru, 2014-cü ildə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.
Təhsil
1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.