İslam Mövsüm oğlu Hümbətov
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi
Tərcümeyi-hal
1964-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub.
1982–1984-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib, 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Balakən və Saatlı rayon polis şöbələrinin cinayət axtarışı bölməsinin rəisi, Cəlilabad və Sabirabad rayon polis şöbələrinin rəis müavini, Bakının Xəzər, Səbail, Xətai və Yasamal rayon polis idarələrinin rəis müavini, Göyçay və Lənkəran şəhər-rayon polis şöbələrinin rəisi vəzifələrində işləyib.
2019-cu ilin noyabrında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 iyul tarixli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib. 2008-ci ildə "Vətən uğrunda", 2018-ci ildə "İgidliyə görə" medalları ilə təltif olunub.
Təhsil
1989-cu ildə Barnaul Xüsusi Orta Milis Məktəbini, 1995-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.