Əsas məzmuna keç
Şahin İsgəndər oğlu Məmmədov

Şahin İsgəndər oğlu Məmmədov

Daxili işlər nazirinin müavini — Daxili Qoşunların komandanı

Mənbə: mia.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1961-ci il yanvarın 10-da Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olub. 1979–1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçib.

1986–1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini — qərargah rəisi vəzifələrində xidmət edib. 1992-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib. 1992–1997-ci illərdə əlahiddə tabor komandiri, briqada komandirinin müavini — qərargah rəisi və alay komandiri, 1998-ci ildən Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini — Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin birinci müavini vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli Sərəncamı ilə daxili işlər nazirinin müavini — Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunub. 2011-ci ildə general-mayor, 2015-ci ildə general-leytenant hərbi rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbini, 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə akademik kursunu bitirib.

Xəbərlərdə