Əsas məzmuna keç
Nurullah Abdulla oğlu Məmmədxanlı

Nurullah Abdulla oğlu Məmmədxanlı

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi

Mənbə: mia.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

1964-cü ildə Balakən rayonunda anadan olub.

1985-ci ildən daxili işlər orqanlarında xidmət edir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında bölük, tabor, qərargah rəisi, hərbi hissə komandiri, Daxili Qoşunların Baş İdarəsinin Qərargahının əməliyyat şöbəsinin rəisi, Əlahiddə Çevik Polis Alayının komandirinin birinci müavini, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifələrində işləyib.

2020-ci ilin mayında Baş Mühafizə İdarəsinin rəisi təyin olunub. Ağdam, Zəngilan, Füzuli və Ağdərə rayonlarında gedən döyüş əməliyyatlarında iştirak edib. 2002-ci ildə "Vətən uğrunda" medalı ilə təltif olunub, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyul tarixli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1985-ci ildə Daxili İşlər Nazirliyinin Ali Hərbi Siyasi Məktəbini, 2001-ci ildə Moskva Dövlət Klassik Akademiyasının hüquq fakültəsini bitirib.