Saməddin Fəxrəddin oğlu Əsədov
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Tərcümeyi-hal
1985-ci ildə anadan olub.
2007–2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, mühasibat uçotu və iqtisadi təhlil şöbəsində çalışıb. 2011–2014-cü illərdə “Azərkosmos” ASC-də müxtəlif vəzifələrdə, 2014–2021-ci illərdə həmin cəmiyyətin Maliyyə departamentinin direktoru vəzifəsində işləyib.
2021–2025-ci illərdə Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri olub. 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Təhsil
2002–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit üzrə bakalavr, 2008–2010-cu illərdə həmin universitetdə magistr təhsili alıb. 2013-cü ildə ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təşkil olunmuş strateji idarəetmə üzrə ixtisasartırma kursunu bitirib.