Rəşad Müsəllim oğlu Həsənov
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Tərcümeyi-hal
1987-ci ildə anadan olub. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
2010–2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı, 2012–2018-ci illərdə Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrində çalışıb. 2018–2021-ci illərdə ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim, 2018–2020-ci illərdə Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, 2020–2021-ci illərdə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı olub.
2021–2026-cı illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb. 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Təhsil
2004–2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009–2010-cu illərdə Böyük Britaniyanın Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. 2012–2016-cı illərdə Avstraliyanın Deakin Universitetində doktorantura təhsili alaraq iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.