Əsas məzmuna keç
Cavid Qənbər oğlu Qurbanov

Cavid Qənbər oğlu Qurbanov

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Mənbə: mincom.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1958-ci ildə anadan olub. Texniki elmlər namizədidir.

1975–1992-ci illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində, 26 Bakı Komissarı adına mətbəədə, “Azərdövlət” Layihə İnstitutunda, “Azərnəqliyyattikinti” və “Elektromexanikləşdirmə” trestlərində müxtəlif vəzifələrdə çalışıb. 1992–1993-cü illərdə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Respublika İxtisaslaşdırılmış İstehsalat Avtomobil Nəqliyyat Birliyinin baş direktoru olub; 1993-cü il 20 may tarixli Fərmanla “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti təyin edilib.

1995-ci ildə “Avtoərzaqnəqliyyat” Birliyinin baş direktoru, 1996–1997-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı bölməsinin Təchizat şöbəsinin rəisi, 1997–1999-cu illərdə “Azərdəmiryoltikinti” Trestinin rəisi, 2000–2003-cü illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyinin rəisi, 2003–2007-ci illərdə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin rəisi olub. 2007-ci il 26 fevral tarixli Sərəncamla “Azəryolservis” ASC-nin, 2015-ci il 9 fevral tarixli Sərəncamla “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunub.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1985-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu mühəndis-mexanik ixtisası üzrə, 1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini nəqliyyat tikintisi (dəmir yolu tikintisi və təsərrüfatı) ixtisası üzrə bitirib. 2004-cü ildə Tula Dövlət Universitetini bitirərək texniki elmlər namizədi alimlik dərəcəsini alıb.