Rəhman Dursun oğlu Hümmətov
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Tərcümeyi-hal
1977-ci ildə anadan olub. Hüquq elmləri namizədidir.
1998–2008-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında müxtəlif vəzifələrdə çalışıb. 2006–2016-cı illərdə Milli Bank nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktorunun müavini, 2016–2018-ci illərdə “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin üzvü olub.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini təyin edilib. 2021-ci ildə Prezidentin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunub.
Təhsil
1998-ci ildə Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu biznesin təşkili və idarə olunması ixtisası üzrə, 2000-ci ildə həmin institutun magistratura bölməsini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000–2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirərək hüquq elmləri namizədi alimlik dərəcəsini alıb.