Elmin Fikrət oğlu Məmmədov
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Tərcümeyi-hal
1987-ci ildə anadan olub.
2011–2013-cü illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013–2015-ci illərdə Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015–2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
2021–2024-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri olub. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Təhsil
2005–2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009–2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb.