Əsas məzmuna keç
Əkbər Məcid oğlu İsmayılov

Əkbər Məcid oğlu İsmayılov

Bakı şəhər Baş Polis İdarəsinin rəisi

Daxili İşlər Nazirliyi

Mənbə: mia.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

1963-cü ildə İrəvan şəhərində anadan olub.

1985-ci ildən daxili işlər orqanlarında, əməliyyat xidmətində işləyib. 2005–2020-ci illərdə Bakının Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin rəisi və həmin idarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt şəhər polis idarəsinin rəisi, Xətai və Yasamal rayon polis idarələrinin rəisi, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi olub.

2020-ci ilin noyabrında Bakı şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 iyul tarixli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib. 2011-ci ildə "İgidliyə görə", 2020-ci ildə "Vətən uğrunda" medalları ilə təltif edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1988-ci ildə Vladimir Xüsusi Orta Milis Məktəbini, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.