Əsas məzmuna keç

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib

İdarə bayram günlərindən sonra bölgələrdən qayıdan sürücüləri yollarda təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

en ru

Baş Dövlət İdarəsi bayram tətili ilə əlaqədar bölgələrə səfər edən vətəndaşların daimi yaşayış yerlərinə qayıtması səbəbindən yollarda hərəkət intensivliyinin artacağını bildirib. "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan məlumata görə, qurum sürücülərə tətil günlərini təhlükəsiz başa vurmaq üçün bir sıra tövsiyələr verib.

Yol polisi sürücülərdən aşağıdakı məqamlara diqqət yetirmələrini xahiş edir:

  • Mümkün qədər günün işıqlı saatlarında yola çıxmaq;
  • Yorğun və yuxusuz halda sükan arxasına keçməmək;
  • Yola düşməzdən əvvəl vasitəsinin texniki sazlığını yoxlamaq;
  • Yol və hava şəraitini nəzərə alaraq sürət rejiminə, və manevretmə qaydalarına ciddi riayət etmək.

Hava proqnozu

16° Bakıda indiArabir yağış
  1. Bu gün Arabir yağış 18° 16° yağış 37%
  2. Sabah Tutqun 17° 16°
  3. Birisi gün Tutqun 19° 15°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…