Əsas məzmuna keç

DYP skuterlərlə bağlı qayda pozuntularının artdığını açıqlayıb

DYP skuterlərlə bağlı qayda pozuntularının artdığını açıqlayıb

Dövlət Yol Polisi İdarəsi paytaxt küçələrində fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların sayındakı ciddi artımı diqqətə çatdırıb.

en ru

Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən qaydalarının pozulması halları müşahidə olunur.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Dövlət İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd edilib ki, xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur.

BDYPİ elektroskuter istifadəçilərinə müraciət edərək bildirir ki, hərəkət zamanı yol nişanlarının və svetoforun tələblərinə əməl edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır:

"Unutmayaq ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…