Əsas məzmuna keç

DYP-dən sürücülərə ciddi xəbərdarlıq

DYP-dən sürücülərə ciddi xəbərdarlıq

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi texniki nasazlığı olan nəqliyyat vasitələrinin istismarının qəzalarla nəticələndiyini açıqlayıb.

en ru

Baş Dövlət İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə qurumdan məlumat verilib.

Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı müşahidə olunur və bu amillər təhlükəsizliyinə bilavasitə təsir göstərir.

Qeyd olunub ki, gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

"Baş Dövlət Yol Polisi İdarəsi həftənin şənbə və bazar günləri yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini real vəziyyətə uyğun nəzarətdə saxlamağı, nasaz vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir", - müraciətdə vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…