Əsas məzmuna keç

DYP-dən sürücülərə mühüm müraciət

DYP-dən sürücülərə mühüm müraciət

DİN Baş Dövlət Yol Polisi İdarəsi yollarda qəza riskinə qarşı xəbərdarlıq etdi. Toqquşmadan qaçmaq üçün sürət həddi və təhlükəsiz interval necə seçilməlidir?

en ru

Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsi (DYP) təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərə vacib müraciət ünvanlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DYP-dən məlumat verilib.

Aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır. Eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət olunmur.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu kimi hallar yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.

Qanunvericiliyin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti qəfil azaltdıqda və ya gözlənilmədən dayandıqda, toqquşmanın qarşısını ala bilsin.

Unutmayın ki, artdıqca ara məsafəsinin də mütənasib şəkildə artırılması zəruridir.

Eyni zamanda, yol şəraitinə uyğun müəyyən edilmiş sürət həddinin aşılması yolverilməzdir. Yüksək sürət zamanı sürücünün reaksiyası və təhlükəni vaxtında qiymətləndirmə imkanı azalır ki, bu da ağır nəticələrə səbəb ola bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…