Əsas məzmuna keç

DYP azyaşlılarla hərəkət edən piyadaları ehtiyatlı olmağa çağırıb

DYP azyaşlılarla hərəkət edən piyadaları ehtiyatlı olmağa çağırıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edərək, uşaqların yol hərəkəti qaydalarına riayət etməsinə nəzarəti gücləndirib.

en ru

Baş Dövlət İdarəsi piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə qurumdan məlumat verilib.

Bildirilib ki, piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili bu qəbildən olan qəzaların əksəriyyətinin piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verdiyini göstərir:

"Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon, qulaqlıq və digər bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…