Əsas məzmuna keç

DYP sürücülərə "Formula 1" ilə bağlı vacib müraciət etdi

DYP sürücülərə "Formula 1" ilə bağlı vacib müraciət etdi

Bakı trasında keçiriləcək yarışla bağlı avtomobil sahiblərinə xəbərdarlıq edilib. Paytaxt yollarında nəqliyyatın hərəkətində hansı məhdudiyyətlər tətbiq olunacaq?

en ru

Bakı Şəhər Dövlət İdarəsi (DYP) "Formula 1 üzrə Qran-prisi" ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sabah başlayacaq "Formula 1 üzrə Azərbaycan Qran-prisi" ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında təhlükəsizliyinin təmin edilməsi və sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur:

"Cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər. Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur. Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız vasitələri ilə hərəkət etmələri xahiş olunur".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…