“Barselona”nın müdafiəçisi Xavi Espart İspaniya çempionatının 10-cu turunda “Real”a qarşı keçirilən matçda zədələnib.
19 yaşlı futbolçu Orelyen Tçuameni ilə toqquşduqdan sonra meydanda oturaraq əvəzlənməsini istəyib. Matçın 30-cu dəqiqəsində Espartın yerinə Aleks Balde meydana daxil olub.
“Barselona”nın yetirməsi olan Espart cari mövsümdə klubun heyətində 8 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.