Əsas məzmuna keç

"Barselona" gənc misirli hücumçunu heyətinə qatıb

"Barselona" gənc misirli hücumçunu heyətinə qatıb

Kataloniya təmsilçisi Misirin "Əl-Əhli" klubunun 18 yaşlı forvardı Həmzə Abdelkarimi rəsmən transfer edib.

en ru

İspaniyanın “” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kataloniya təmsilçisi Misir millisinin üzvü, 18 yaşlı hücumçu Həmzə Abdelkarimi daimi əsaslarla edib.

Məlumata görə, klub futbolçunun keçidini həyata keçirmək üçün onun Qahirənin “Əl-Əhli” klubu ilə müqaviləsində nəzərdə tutulan sərbəstqalma bəndini aktivləşdirib. Qeyri-rəsmi məlumatlara əsasən, transferin dəyəri 1,5 milyon avro təşkil edib.

Bildirilib ki, tərəflər arasında imzalanan müqavilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq.

Qeyd olunub ki, Həmzə Abdelkarim cari ilin qış transfer pəncərəsində icarə əsasında “Barselona”ya qoşulmuşdu. Fevral ayından etibarən klubun gənclər komandasında çıxış edən futbolçu 9 oyunda 6 qol vuraraq diqqət çəkib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…