Əsas məzmuna keç

Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb

Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb

Vaşinqtonun hava limanları idarəsinin iki əməkdaşı Potomak çayı üzərində baş verən təyyarə qəzasının müşahidə kameralarından əldə edilmiş eksklüziv video...

Vaşinqtonun hava limanları idarəsinin iki əməkdaşı Potomak çayı üzərində baş verən təyyarə qəzasının müşahidə kameralarından əldə edilmiş eksklüziv video görüntülərinin sızması ilə əlaqədar saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə telekanalı məlumat yayıb.

"Vaşinqtonun paytaxt hava limanları idarəsinin iki əməkdaşı təyyarə və helikopterin toqquşmasını əks etdirən müşahidə kameralarından əldə edilmiş eksklüziv videonun CNN-ə görüntülərinin sızması ilə əlaqədar saxlanılıb", - nəşrdə qeyd olunub.

Telekanalın məlumatına görə, onlar qurumun qeydlərinin icazəsiz surətini çıxarmaqda ittiham olunublar.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan yaxınlığında səmada sərnişin təyyarəsi ordusuna məxsus helikopterlə toqquşub.

Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. 55 qurbanın şəxsiyyəti müəyyən edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…