Çin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına husilərin hücumunu pisləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq bildirib ki, Pekin çoxsaylı insan tələfatı və yaralanmalarla nəticələnən hücumu pisləyir və münaqişənin gərginləşməsindən ciddi narahatlıq keçirir.
"Çin həmişə mülki şəxslərə və mülki obyektlərə hücumların əleyhinə olub", - o vurğulayıb.
Mao Ninq əlavə edib ki, Pekin tərəfləri regionda gərginliyi daha da artıra biləcək addımlardan çəkinməyə, fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etməyə, eləcə də bölgədə sülh və sabitliyə mümkün qədər tez nail olmağa çağırır.
Məlumat üçün bildirək ki, oktyabrın 10-da husilərin hava limanına hücumu nəticəsində isə 13 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.
Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir də Ər-Riyad hava limanına hücumları pisləyib. Həmin ölkələr oxşar təhdidlərin qarşısının alınması üçün qanuni tədbirləri və addımları dəstəklədiklərini bildiriblər.