Əsas məzmuna keç

Səudiyyə Ərəbistanının xarici işlər naziri Çinə səfər edir

Səudiyyə Ərəbistanının xarici işlər naziri Çinə səfər edir

ABŞ və İran arasında gərginliyin artdığı bir dövrdə Səudiyyə Ərəbistanının yüksək səviyyəli diplomatı Pekinə rəsmi səfərə gedir.

en ru

Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının naziri çərşənbə axşamından çərşənbə gününə qədər Pekində rəsmi səfərdə olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfər Çin XİN rəhbəri Van İnin dəvəti əsasında həyata keçirilir. Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunacağı gözlənilir.

Məlumata görə, bu diplomatik təmas Yaxın Şərqdə artan gərginlik fonunda baş tutur. Son dövrlərdə və İran arasında Hormuz boğazı ətrafında yaşanan qarşılıqlı hücumlar regionda vəziyyəti daha da mürəkkəbləşdirib.

Bildirilib ki, İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlı İsveçrədə keçirilən texniki danışıqlar və imzalanan anlaşma memorandumu da tərəflər arasında gərginliyi artıran amillərdən biri kimi qiymətləndirilir.

Məlumata əsasən, fevral ayında başlayan qarşıdurmalar sonrası Tehran bölgədə ABŞ bazalarına zərbələr endirib. Hərbi eskalasiya və Hormuz boğazında yaranan gərginlik Səudiyyə Ərəbistanının neft ixracına da ciddi təsir göstərib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…