Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Fələstindəki Əlaqələr Direktoru Conatan Crickx, Qəzzada 17 min uşağın müşayətsiz qaldığı və ya ailələrindən ayrı qaldığı təxmin edildiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumatt yayıb.
Belə ki, BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında Crickx, İsrailin sıx hücumları və blokadası altında olan Qəzzada uşaqların üzləşdiyi çətinliklərlə bağlı qiymətləndirmələr edib.
Keçən həftə Qəzzada olduğunu xatırladan Crickx, ailələrin qida, su və ya sığınacaq çatışmazlığı səbəbiylə sıxıntı içində olduqlarını, ailə üzvləri və uşaqlarının ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiklərini ifadə edib.
Uşaqların ruh sağlamlığının Qəzzada baş verən hadisələrdən ciddi şəkildə təsirləndiyini deyən Crickx, bu vəziyyətin uşaqlarda həddindən artıq narahatlıq, iştahsızlıq, yata bilməmə, emosional partlayışlar yaşaması və ya hər dəfə səsini eşidəndə panikləmə kimi simptomlar yaşamağa səbəb olduğunu vurğulayıb.
UNICEF: "Qəzzada 17 min uşağın müşayiətsiz qaldığı təxmin edilir"
2 dəq