İspaniyanın “Real Madrid” klubunun soyunma otağında vəziyyətin gərgin olduğu bildirilir. Komandada iki futbolçu arasında əlbəyaxa dava baş verdiyi iddia olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İspaniyanın “Cadena SER” radiosu məlumat yayıb.
Mənbənin iddiasına görə, komanda daxilində atmosfer son beş aydır gərgin olaraq qalır. Hətta iki futbolçu arasında mübahisənin fiziki qarşıdurmaya çevrildiyi bildirilir. Lakin insidentdə iştirak edən oyunçuların kimliyi hələlik açıqlanmayıb.
Məlumata əsasən, Kilian Mbappe ətrafında yaranan gərginliyin də komandanın ümumi ab-havasına mənfi təsir göstərdiyi iddia edilir.
Soyunma otağındakı vəziyyətin “Real Madrid” üçün oktyabr ayında keçiriləcək vacib oyunlar öncəsi əlavə problem yarada biləcəyi qeyd olunur.
Qeyd edək ki, futbolçular arasında baş verdiyi iddia edilən insidentlə bağlı klubun rəsmi mövqeyi təqdim olunan məlumatda yer almayıb.