“Real Madrid” Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda PSV-ni 5:1 hesabı ilə məğlub edib. UEFA qarşılaşmanın ən yaxşı oyunçusu mükafatını Kilian Mbappeyə verib.
Fransalı hücumçu matçda iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, fərdi mükafatı aldıqdan sonra kuboku “Santyaqo Bernabeu” stadionunun meydanında komanda yoldaşı Vinisius Juniora təqdim edib.
Braziliyalı futbolçu da görüşdə fərqlənib və “Real Madrid”in beşinci qolunu vurub.