Əsas məzmuna keç

Yəməndə qarşıdurmalar 137 mindən çox uşağı təhsildən məhrum edib

Yəməndə qarşıdurmalar 137 mindən çox uşağı təhsildən məhrum edib

UNICEF Yəməndə son gərginliklər nəticəsində 137 mindən çox uşağın təhsil imkanını itirdiyini açıqlayıb. Təşkilat uşaqlar üçün müvəqqəti siniflər yaratmağa çalışır.

ru en

Yəməndə hərbi gərginliyin kəskinləşməsi fonunda 137 mindən çox uşağın təhsildən məhrum olduğu bildirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən yayımlanan bəyanatda məlumat verilib.

Məlumata görə, uşaqların münaqişələr səbəbindən gələcəklərini itirməməli olduqlarını vurğulayıb. UNICEF-in cavab tədbirləri çərçivəsində zərər çəkən məktəblilər üçün müvəqqəti siniflərin və uşaq yönümlü mərkəzlərin yaradılması istiqamətində işlər aparılır. Eyni zamanda Yəmənin qərb sahilində və Taiz vilayətində artan döyüşlər səbəbindən minlərlə ailə yaşayış yerlərini tərk etməyə məcbur olub. BMT-nin Əhali Fondu və Ümumdünya Ərzaq Proqramı ilə çərçivəsində yeni köçkün düşmüş 14 mindən çox insana və əsas ehtiyac vasitələri çatdırılıb.

Bildirilib ki, ölkədə iyul ayından etibarən yenidən şiddətlənib və husilərin hökumət qüvvələrinin nəzarətində olan bəzi əraziləri ələ keçirməsindən sonra qərb sahilində vəziyyət dəyişib. Husilərin Hudeydə, Taizin Mexa rayonu, Qırmızı dəniz sahilindəki strateji məntəqələr və Babül-Məndəb boğazı ətrafındakı adalarda mövqelərini gücləndirdiyi diqqətə çatdırılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…