“Bavariya”nın qapıçısı Manuel Noyer zədə səbəbindən komandasının yaxın oyunlarında iştirak edə bilməyəcək. Almaniya klubunun rəsmi mətbuat xidməti futbolçunun vəziyyəti barədə sosial şəbəkələrdə məlumat yayıb.
Tibbi müayinə 40 yaşlı qapıçının sağ ayağındakı vətərin qismən qopduğunu üzə çıxarıb. Noyer bu zədəni ötən şənbə günü Almaniya Bundesliqasının IX turunda “Maynts”la səfər matçında alıb. Görüş Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Almaniyalı qapıçının meydanlara qayıdacağı dəqiq vaxt hələ məlum deyil. Klubun açıqlamasında Noyerin qeyri-müəyyən müddətə sıradan çıxdığı bildirilib.