8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə əklil qoyulub.