Əsas məzmuna keç

Azərbaycan hərbçisi Ermənistan ƏRAZİSİNDƏ SAXLANILDI

Azərbaycan hərbçisi Ermənistan ƏRAZİSİNDƏ SAXLANILDI

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan hərbçisinin Ermənistan ərazisinə keçdiyini və daha sonra saxlanıldığını açıqlayıb. Sentyabrın 29-da...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Milli Təhlükəsizlik Xidməti hərbçisinin Ermənistan ərazisinə keçdiyini və daha sonra saxlanıldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Azərbaycan hərbi hissələrindən birinin hərbçisinin naməlum şəraitdə xidmət yerini tərk etməsi barədə məlumat verib.

Məlumata əsasən, həmin hərbçinin Ermənistan Respublikasının sərhədini qanunsuz keçməsi istisna edilməyib. Bundan sonra Azərbaycan və Ermənistanın aidiyyəti qurumları tərəfindən axtarış tədbirləri həyata keçirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirir ki, oktyabrın 1-də saat 14:15-də Ermənistan Daxili İşlər Nazirliyinin 112 operativ idarəetmə mərkəzinə Sünik vilayətinin Şaki yaşayış məntəqəsində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə məlumat daxil olub.

Hadisə yerinə Ermənistan Daxili İşlər Nazirliyinin müxtəlif polis bölmələrinin operativ qrupları göndərilib.

Ermənistan tərəfinin məlumatına görə, aparılan tədbirlər nəticəsində atəş açan şəxsin Azərbaycan hərbçisi olduğu müəyyənləşdirilib və o saxlanılıb.

Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı təfərrüatlar Azərbaycan tərəfinə də təqdim edilib.

Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsində başlanıb.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqlamasında hadisənin digər detalları barədə məlumat verilməyib.

**

Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-əBaş Prokurorluqdan məlumat verilib.

Bəzi sosial media səhifələrində Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılmışdır.

Bildiririk ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılmış, və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilmişdir.

Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilmişdir.

Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…