Əsas məzmuna keç

Ermənistanda saxlanılan əsgərimiz qaytarılacaq? - Paşinyan cavab verməkdən YAYINDI

Ermənistanda saxlanılan əsgərimiz qaytarılacaq? - Paşinyan cavab verməkdən YAYINDI

Hərbi Prokurorluq tərəfindən axtarılan Nəsimi Musayevin taleyi qeyri-müəyyən qalır. Rəsmi Bakı əsgərin qaytarılması üçün hansı addımları atır? Təfərrüatlar.

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Paşinyan əsgərin Bakıya ekstradisiya edilib-edilməyəcəyi barədə cavab verməyib, cümə axşamı brifinq olacağını deyib.
  • Baş Prokurorluğun məlumatına görə, Nəsimi Musayev Ermənistan ərazisindədir və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanılıb.
  • Azərbaycan qurumları Musayevin saxlanılması və digər hallarla bağlı Ermənistan qurumları ilə təmasları davam etdirir.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Nikol Paşinyan naməlum şəraitdə ölkəsinə keçən əsgərinin Bakıya ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, sualı cavabsız qoyan baş nazir cümə axşamı brifinqin keçiriləcəyini bildirib.

Nikol Paşinyanın suala cavabı belə olub: “Cümə axşamı brifinqimiz var”.

Təkrar əsgərin ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı artıq qərar verilib-verilmədiyi soruşulduqda baş nazir cavab verməyərək jurnalistlərdən uzaqlaşıb.

Baş Prokurorluğun Mətbuat xidməti oktyabrın 1-də bəyan edib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.

Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırma zamanı toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…