Əsas məzmuna keç

Peskov: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil

Peskov: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna böhranının həlli üçün müvəqqəti atəşkəs deyil, hərtərəfli və uzunmüddətli təminatları olan razılaşma lazımdır.

en ru

Federasiyası Prezidentinin mətbuat katibi Moskvada keçirilən mətbuat brifinqində münaqişəsinin nizama salınması üzrə Moskranın rəsmi mövqeyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kremlin sözçüsü Rusiyanın ilə bağlı yarımçıq və ya qismən razılaşmaları qətiyyən yetərli hesab etmədiyini bildirib.

Peskovun sözlərinə görə, hərbi əməliyyatların müvəqqəti dayandırılması və ya münaqişənin dondurulması mövcud problemi həll etmir: “Böhranın parçalı və ya aralıq razılaşmalarla dondurulması tərəfləri davamlı nəticəyə çatdıra bilməz. Mürəkkəb siyasi və hərbi prosesin həlli də eyni dərəcədə genişmiqyaslı və hərtərəfli olmalıdır”.

Kreml rəsmisi vurğulayıb ki, eldə ediləcək istənilən razılaşma uzunmüddətli və etibarlı təhlükəsizlik zəmanətlərinə söykənməlidir: “Bizim gələcək nəsillər üçün təminat altına alınmış və gələcəkdə pozulma risklərinə dözümlü olan hüquqi mexanizmlərə və həll yoluna ehtiyacımız var”.

Dmitri Peskov, həmçinin əlavə edib ki, Rusiya tərəfi digər dövlətlərin Ukrayna böhranının diplomatik yolla həllinə yönəlmiş konstruktiv təşəbbüslərini alqışlayır, lakin hazırda bu istiqamətdə real və effektiv cəhdlər müşahid olunmur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…