Əsas məzmuna keç

“Telegram”ın “App Store”dan silinməsinin səbəbi məlum oldu

“Telegram”ın “App Store”dan silinməsinin səbəbi məlum oldu

Məşhur messencerin rəhbərliyi tətbiqin qlobal mağazadan müvəqqəti yığışdırılmasını bir istifadəçinin qadağan olunmuş kontent yayması ilə əlaqələndirib.

en ru

” messenceri “” platformasından müvəqqəti silinməsinin səbəbini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, “Apple” şirkəti tətbiqdə uşaqlara qarşı cinsi zorakılıq ehtiva edən materialların yayıldığını aşkarladıqdan sonra “Telegram” platformadan müvəqqəti çıxarılıb.

Bildirilib ki, hadisəyə səbəb yalnız bir istifadəçinin qaydalarını ciddi şəkildə pozması olub. “Telegram” rəhbərliyi həmin şəxsin paylaşdığı qadağan kontentin aşkarlandığını və dərhal müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.

Qeyd olunub ki, bu, “Telegram”ın “App Store” ilə bağlı ilk belə insidenti deyil. 2018-ci ildə də “Apple” uyğun olmayan məzmun səbəbilə tətbiqi mağazadan müvəqqəti silmişdi.

Həmin dövrdə messencer rəhbərliyi tədbirlərini gücləndirdikdən sonra tətbiq yenidən “App Store” platformasında istifadəyə verilmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…