Əsas məzmuna keç

"Apple" Rusiyanın məşhur tətbiqlərini "App Store"dan sildi

"Apple" Rusiyanın məşhur tətbiqlərini "App Store"dan sildi

ABŞ texnologiya nəhəngi VK və Odnoklassniki-ni platformadan uzaqlaşdırdı. Rusiyada milyonlarla istifadəçini təsir edən qəfil qadağanın detalları məlum olub.

en ru

ABŞ-nin texnologiya "" Rusiyanın ən populyar platformalarından biri olan VK və şirkətə məxsus bir sıra tətbiqləri "App Store" mağazasından silib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "Apple" əvvəlcədən xəbərdarlıq etmədən şirkətə aid bəzi tətbiqləri birtərəfli qaydada "App Store"dan çıxarıb.

Açıqlamaya görə, VK, Zen, VK Video, VK Messenger, VK Music, VK Dating və Odnoklassniki tətbiqlərini artıq "Apple" cihazlarına yükləmək və yeniləmək mümkün deyil.

VK qeyd edib ki, heç bir sanksiya siyahısında yer almır. Buna baxmayaraq, "Apple"ın qərarı Rusiyada milyonlarla istifadəçinin geniş istifadə etdiyi xidmətlərə çıxışı məhdudlaşdırıb.

Şirkət həmçinin vurğulayıb ki, tətbiqlərin yenilənə bilməməsi səbəbindən istifadəçilər mesajlar və mühüm hadisələrlə bağlı ani bildirişləri ala bilməyə bilərlər.

Açıqlamada, “Apple"ın istifadəçilərinə qarşı atdığı bu addımları əsassız və qəbuledilməz hesab edirik” ifadəsinə yer verilib.

Qeyd edək ki, "Apple" daha əvvəl də Rusiyaya məxsus bir sıra tətbiqləri "App Store"dan silmişdi. Rusiya isə öz növbəsində "Facebook", "Instagram", "YouTube" və "X" kimi xarici platformalara ölkə daxilində müxtəlif məhdudiyyətlər tətbiq edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…